“Bu il ali təhsil müəssislərinə qəbul planı təsdiq olunub”.
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, plan artıq təhsil müəssisələrinə göndərilib.
"Növbəti tədris ilinə qəbul aparılarkən 5 ili təhlil etmişik. 2022-2023 tədris ilinə nisbətən dövlət sifarişli yerlərin sayı 8-9% artacaq", - Yaqub Piriyev deyib.