Azedu.az

Qabiliyyət imtahanları nə vaxt keçiriləcək? - DİM-dən AÇIQLAMA

Universitetlər

Maraqlı

Qabiliyyət imtahanı

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbələr

6 İyun 2023, 10:13
Qabiliyyət imtahanları nə vaxt keçiriləcək? - DİM-dən AÇIQLAMA

Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ) da daxildir. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları Təsviri sənət, Musiqi sənəti, Memarlıq, Teatr, kino və xoreoqrafiya sənəti, Bədən tərbiyəsi, idman və jurnalistikadır.

 

Abituriyentlərin ən çox verdikləri suallar arasında sözügedən qabiliyyət imtahanlarının nə zaman keçiriləcəyi barədədir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, qabiliyyət imtahanlarının tarixləri bu ay ərzində elan olunacaq.

 

“Tarixlər müəyyən olunan kimi məlumat veriləcək”, - deyə mərkəzdən məlumat verilib.

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox