Azedu.az

Universitet qızılcaya görə bütün tələbələri distant təhsilə keçirib

Universitetlər

Xaricdə Təhsil

29 May 2023, 09:00
Universitet qızılcaya görə bütün tələbələri distant təhsilə keçirib

Rusiya Federasiyasının tanınmış universiteti hesab olunan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu bütün tələbələri qızılca xəstəliyinə görə distant təhsilə keçirilib.

AzEdu.az saytı xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətinin məlumatında bildirilib.

Karantin iki həftə, iyunun 13-dək davam edəcək. Bununla belə universitet  imtahanların vaxtını dəyişməyi planlaşdırmır.

Bir tələbənin qızılcaya yoluxduğu məlumdur. "Rospotrebnadzor" onun kiminlə əlaqə saxladığını müəyyən etmək üçün epidemioloji araşdırma aparır. Əvvəllər qızılcaya qarşı vaksin vurulmamış və qızılca keçirməyən bütün tələbə və müəllimlər peyvənd olunur.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox