AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə AzMİU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova, universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, PR və media şöbəsinin müdiri Nicat Abdullayev, AzMİU-nun Tələbə Həmkarlar Təşkilatının sədri Şahmar Rəfili, Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə və “Brend tələbə” statusuna layiq görülmüş tələbələr iştirak edib.
Tədbir Orxan Naqdiyevin açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Tünzalə Abbasova tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.
Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. Sonra onlara təltifnamələri təqdim olunub və sonda xatirə şəkli çəkilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:
Xədicə Zeynalova - Memarlıq fakültəsi
Nesin Hüseynova - Memarlıq fakültəsi
Eldar Süleymanlı - İnşaat fakültəsi
Həsənəli Məmmədov - Mexanika və informasiya texnologiyaları fakültəsi
Nuray Cəfərzadə - Su təsərrüfatı və mühəndis komunikasiyası sistemləri fakültəsi
Nigar Qasımova - Tikinti iqtisad fakültəsi
Hafiz Şükürov - Nəqliyyat fakültəsi
Elturan Məmmədov - İnşaat fakültəsi
Emin İbadov - Su təsərrüfatı və mühəndis komunikasiyası sistemləri fakültəsi
Gülnar Lətifli - Tikinti iqtisad fakültəsi.
Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.
Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.