AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılmasına start verilib.
Bu gün AzEdu.az-ın təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. AzEdu.az-ın "İlin gənc müəllimi" layihəsinin qalibləri olan nümayəndələrimiz Leyla Camalzadə və Səltənət Qurbanova tələbələrlə uğurun sirlərini müzakirə edib. Daha sonra onlara qalib kimi təltifnamələri təqdim olunub.
Azərbaycan Dövlət Aqrar Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:
Arzu Rzayev - Baytarlıq Təbabəti fakültəsi
Gülçin Çiçitova - Aqronomluq fakültəsi
Nəsibə İsmayılova - Aqronomluq fakültəsi
Əli Məmmədov - Aqronomluq (EGE) fakültəsi
Nuray Məmmədzadə - Aqronomluq fakültəsi
Nigar Bayramova - Aqrar İqtisadiyyat (EGE) fakültəsi
Ağazadə Əli - Baytarlıq fakültəsi
Nizami Məmmədov - Baytarlıq təbabəti (EGE) fakültəsi
Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.
Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.