Azedu.az

I qrupa sənəd verənlər ən çox RK altqrupunu seçib

Universitetlər

Bakalavr və sınaq imtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

10 May 2023, 14:00
I qrupa sənəd verənlər ən çox RK altqrupunu seçib

Ali məktəblərə qəbul imtahanlarının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı mayın 5-də başa çatıb.

AzEdu.az saytı xəbər verir ki, bu il I ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayı bütün digər qrupları üzrə sənəd verənlərdən çoxdur.

Belə ki, bu il I ixtisas qrupunda 28865 abituriyent qeydiyyatdan keçib. Onlardan 26112-si Azərbaycan bölbəsinin, 2753-ü rus bölməsinin abituriyentləridir.

Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi statistikasından görünür ki, I  ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin böyük əksəriyyəti riyaziyyat-kimya (RK) altqrupunu seçib. Belə ki, Azərbaycan bölməsi üzrə 15447, rus bölməsi üzrə isə 1338 abituriyent yalnız RK altqrupunun imtahanlarını vermək istəyir.

Yalnız riyaziyyat-informatika (Rİ) altqrupu üzrə imtahanlarda iştirak etmək istəyən abituriyentlərin sayı isə Azərbaycan bölməsi üzrə 2493, rus bölməsi üzrə 476 nəfərdir.

Hər iki altqruplarını (RK və Rİ) seçən abituriyentlər isə Azərbaycan bölməsi üzrə 8171, rus bölməsi üzrə 939 nəfərdir.

Xatırladaq ki, I ixtisas qrupunda abituriyentlər riyaziyyat, fizika, kimya və informatika fənlərindən imtahan verəcəklər.

RK altqrupunu seçənlər riyaziyyat, kimya, fizika, Rİ altqrupunu seçənlər isə riyaziyyat, fizika, informatikadan imtahan verəcəklər.

RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər isə riyaziyyat, fizika, kimya ilə yanaşı, informatika fənni üzrə əlavə fərq imtahanı da verəcəklər.


Qeyd edək ki, I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan 3 iyun 2023-cü ildə keçiriləcək.


I ixtisas qrupu üzrə 1-ci cəhd imtahanı 4 iyun 2023-cü ildə keçirləcək.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox