Universitetlərimizin bir çoxunda dərsliklərlə, proqramlarla bağlı problemlər var.
AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qurumun iclasında deyib.
O bildirib ki, universitrtlərə muxtariyyətin verilməsi, dərsliklərin hazırlanması haqda təkliflər var:
"Amma maraqlıdır ki, bizim universitetlərimiz bu prosesə nə dərəcədə töhfə verə biləcək? Bu gün mərkəzdən qaçma halları və pərakəndəlik bir çox hallarda özünü göstərir".