Xarici diplomların tanınması Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən elektron qaydada həyata keçirilir. Hər bir ərizəçi özünün şəxsi kabinetini açdıqdan sonra tələb olunan sənədləri yükləyərək TKTA-ya göndərir.
Ekspertiza tərəfindən qəbul olunduqdan sonra sənədlərə baxılmağa başlanır.
Təhsildə Keyfiyyət Təminat Agentliyindən (TKTA) AzEdu.az-a verilən məlumata görə, sənədlərə ortalama baxılma müddəti 10-12 iş günü təşkil edir. Bütün proses boyunca hər bir ərizəçiyə mütəmadi olaraq məlumatlar göndərilir.