Bu il 11-ciləırin buraxılış imtahanlarında iştirak edən, lakin müxtəlif səbəblərdən 1-15 mart tarixlərində ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbuluna qatıla bilməyən cari ilin məzunlarına əlavə imkan yaradılacaq.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
DİM-dən bildirilib ki, sözügedən abituriyentlərə ərizə qəbulunda iştirak edə bilsinlər deyə, müvafiq tədbir görüləcək.
Belə ki, cari ilin məzunları üçün aprelin 15-dən sənəd qəbulu üçün DİM-in internet sistemi aktivləşdiriləcək.
“Növbəti günlərdə bu proses ilə bağlı ətraflı məlumat veriləcək”, - deyə DİM-dən bildirilib.