Azedu.az

Buraxılış imtahanında bir nəfər yüksək nəticə göstərdi - 300 bal toplayan yoxdu

7 Aprel 2023, 15:01
Buraxılış imtahanında bir nəfər yüksək nəticə göstərdi - 300 bal toplayan yoxdu

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

 

Bildirilib ki, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi göstərib. Məlumat üçün qeyd edək ki, həmin şagird 2 il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox