Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanları yekunlaşdıqdan sonra bir çox abituriyent balların hesablanma qaydası barədə maraqlanır.
AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış (Ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanı üzrə imtahan fənləri, tapşırıqların sayı və balların hesablanma qaydası belədir:
Qeyd 1: nd(açıq, kod) - cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi;
nd(qapalı) - qapalı tipli tapşırıqlar üzrə balların cəmi;
nd(açıq, yazılı) - ətraflı yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi.
Qeyd 2: Qapalı tipli və cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqların hər birinə verilən düzgün cavab 1 balla qiymətləndirilir.
Qeyd 3: Yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında 0, 3:1, 2:1, 3:2 və ya 1 balla qiymətləndirilə bilərlər.
Qeyd 4: Tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.