Azedu.az

UNEC-də keçirilən Elm festivalına yekun vurulub

27 Mart 2023, 14:27
UNEC-də keçirilən Elm festivalına yekun vurulub

Elm Günü ilə əlaqədar Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) təşkil edilən Elm festivalına martın 27-də yekun vurulub.

 

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, festival çərçivəsində “Müasir universitetlərdə elmi fəaliyyət: yeni çağırışlar, imkanlar və mürəkkəb vəzifələrin həlli yolları” mövzusunda konfrans, dəyirmi masalar, elmi seminarlar, açıq elmi-populyar mühazirələr, UNEC-in dövri elmi nəşrləri və doktorantura ilə bağlı debatlar keçirilib. Eləcə də Elm festivalı çərçivəsində UNEC-in professor və müəllimlərinin kitab sərgisi və bir sıra nəşriyyatların iştirakı ilə kitab satış-yarmarkası təşkil olunub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox