Yeni tədris ili başladığından tələbələrin bəziləri kirayə evlər tutsalar da, universitet yataqxanalarında qalanları da olur. Yataqxana seçimi zamanı isə müəyyən nüanslara fikir vermək lazımdır.
AzEdu.az yataqxana seçənlər üçün vacib məsləhətləri diqqətinizə çatdırır:
Yerləşdiyi yer
Yataqxana seçiminin ən əsası onun yerləşdiyi yerdir. Yerləşdiyi ərazinin ən yaxşı şəkildə müəyyən edilməsi lazımdır, çünki getdiyiniz hər yerdən yataqxanaya qayıdacaqsınız. Əvvəlcə universitetə yaxın olması və ya asan girişinin olması mütləqdir.
Yataqxananın rəsmi qeydiyyatda olub-olmaması
Qeydiyyatdan keçməyə tələsə bilərsiniz, lakin qeydiyyatdan keçməzdən əvvəl yataqxananın rəsmi işləmə hüququnun olub-olmamasına fikir verin. Əks halda, orada qaldığınız müddətdə yataqxananın qarşılaşdığı hüquqi proseduralar sizə problemlər yarada bilər.
Otağı nəzərdən keçirmədən qeydiyyatdan keçməyin
Yataqxana seçimində ən vacib məqamlardan biri qalacağınız otaqdır. Çünki il ərzində ən çox vaxtkeçirəcəyiniz yerdir. Qalacağınız otağın təmizliyi, havalandırılmasına diqqət edin.
Yeməklərə və təmizliyə diqqət edin
Gigiyena bir çox insanın birlikdə qaldığı yerlərdə çox əhəmiyyət daşıyır. Tələbələrin birlikdə qaldığı yataqxanalarda müəyyən gigiyena standartları təmin edilməlidir. Bunu yalnız təmizlik baxımından deyil, həm də ərzaq baxımından qiymətləndirmək lazımdır. Yeməklərin sağlam və dadlı olması vacibdir.
Qeydiyyat prosesi və yerləşmə
Qeydiyyat proseduraları və yerləşmə üçün universitetlərin açılmasını gözləməyin. Universitet qeydlərindən dərhal sonra sıxlıq yaşana bilər. Tələbələrin yataqxanalara istədikləri yeri seçmək üçün əvvəldən müraciət etmələri məsləhətdir.