Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi ABŞ-də tam təqaüdlə doktoranturaya qəbul olnuub.
AzEdu.az xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov bildirib.
O deyib ki, Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fəxrəddin Eminli ABŞ-nin 3 universitetinə tam təqaüdlə birbaşa doktorantura səviyyəsinə qəbul olunub.
“Onun Ohayo Universiteti, Tuleyn Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində Kimya və biomolekulyar mühəndislik ixtisasında tam təqaüdlü doktorantura təhsili üçün müraciətinə müsbət cavab verilib.
Fəxrəddin təhsilini Urbana-Şampeyn İllinoys Universitetində (University of İllinois Urbana-Champaign) davam etdirmək niyyətindədir. BANM tələbəsinin bu universitetdən qazandığı illik təqaüdün məbləği 74,5 min ABŞ dolları təşkil edir”.
Fəxrəddin Bakı Ali Neft Məktəbinə 690 balla daxil olub.