Azedu.az

Azərbaycanda iki tədqiqat universiteti yaradılacaq - REKTOR

28 Fevral 2023, 11:16
Azərbaycanda iki tədqiqat universiteti yaradılacaq - REKTOR

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, iki tədqiqat universitetinin yaradılması hədəflənir.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov deyib:

 

"Tədqiqat universitetlərinin formalaşdırılması həm də ümumi təhsilalanların sayında magistr və doktorantların payının artırılmasını tələb edir. Bu baxımdan, mövcud məhdudiyyətlərin ləğv edilməsi məqsədəuyğundur. Belə ki, magistraturaya qəbulun maksimal həddinin bakalavr məzunlarının 20 faizi ilə məhdudlaşdırılması, bakalavrların ancaq öz ixtisası üzrə magistraturaya qəbul olması tələblərinə yenidən baxılması vacibdir. Eləcə də  elmi dərəcə və elmi adların verilməsində mütərəqqi Qərb təcrübəsinin tətbiqi də qaçılmaz görünür".

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox