Azedu.az

Universitetlərdə yer çatışmazlığı var? - Kamran Əsədovun təklifinə REAKSİYA

27 Fevral 2023, 10:24
Universitetlərdə yer çatışmazlığı var? - Kamran Əsədovun təklifinə REAKSİYA

Təhsil eksperti  Kamran Əsədovun bu il ali məktəblərə 60 min tələbə qəbul planına etirazı ilə əlaqədar söylədikləri AzEdu.az saytının oxucularında bəzi suallar doğurub.

Redaksiyamıza daxil olan suallarda xüsusilə bu il universitetə qəbul olunmaq istəyən abituriyentlər və onların valideynləri Kamran Əsədovun qəbul planının aşağı salınması barədə təklifləri başa düşməkdə çətinlik çəkdiklərini bildirirlər.

Bəziləri də Kamran müəllimi xaricə təhsil almağa tələbə göndərən şirkətlərlə əlbir olaraq onların dəyirmanına su tökməkdə günahlandırır.

Oxucularımızın maraqlarını nəzərə alaraq biz builki tələbə qəbulu planının nə dərəcdə məqsəduyğun olub-olmadığı barədə digər ekspetlə müzakirə apardıq. Amma qeyd etməliyik ki, mövzunun aktuallığını nəzərə alıb onu gündəlikdə saxlamağa çalışacağıq.

Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov mövzu ilə bağlı AzEdu.az-a bildirib:

- Kamran müəllimin qaldırdığı məsələlərdən birinin həqiqətən bu gün həlli vacib olan problem olduğunu düşünürəm. Universitetlərimizdə hər il artan tələbə sayının auditoriylarla təmin olunmasında müəyyən problemlər var. Amma bu problemlər  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Nazirlər Kabineti və müvafiq qurumların birgə fəaliyyəti nəticəsində uğurlu şəkildə həll olunur. Hələ ki heç bir universitetdə yer olmadığına görə tələbələrin küçədə dərs keçmələri haqqında məlumat olmayıb.

Məsələnin digər tərəfinə diqqət yetirək. Öz universitetlərimizə tələbə qəbulunun artırılması gənclərimizin attestatla xarici ölkə universitetlərində təhsil almaq üçün getməsinin qarşısının alınmasında  mühüm vasitədir. On min tələbənin artıq qəbul olunması on min vətəndaşımızın uzun müddətə  ölkəmizdən çıxmasının, ailəsindən, doğmalarından ayrılmasının  qarşısını alır. Bu gün təhsil sahəsində bizim cəmiyyətimizin narahat edən  əsas məsələ respublika daxilində tələbə qəbulunun sayının artırılması deyil, heç professor-müəllim heyətinin çatışmazlığı problemimiz də yoxdur.

Əsas çətinliyimiz attestatla xarici ölkələrdə oxumağa gedən gənclərimizin rastlaşdıqları problemlərdir. Bu gün Azərbaycan dövlətiniun nəzarətindən kənarda xarici ölkələrdə təhsil alan tələbələrimizin sayı az qala 100 minə çatır. Bunun qarşısını almaq lazımdır. Çünki onların getdikləri yerdə həqiqətən təhsillə məşğul olmaları barədə bəzən  heç bir məlumat əldə edə bilmirik. Valideynlər isə sadəcə təhsilhaqqı və digər xərclər üçün pul göndərən zaman övladlarının xaricdə oxuduqlarını yada salırlar. Amma göndərdikləri  pulun həqiqətən təhsilə xərclənməsi barədə heç bir məlumatları olmur. Valideyn yalnız təhsil müddəti bitdikdən sonra ali təhsil almaq üçün xarici ölkəyə göndərdiyi övladının həqiqətən nə ilə məşğul olduğunu bilmək imkanı əldə edir. Amma 4 ildən sonra alnan məlumat heç də hər zaman ürəkaçan olmur.


Kamran müəllim təhsil eksperti kimi bu problemin aradan qaldırılması barədə təkliflərini irəli sürsəydi, düşünürəm daha faydalı olardı.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox