Azedu.az

Millət vəkili: “Gənclərin şəxsiyyət kimi yetişməsində mütaliənin təsiri böyükdür”

Universitetlər

Müəllimlər və elm adamları

Tələbə və şagird

9 Fevral 2023, 16:31
Millət vəkili: “Gənclərin şəxsiyyət kimi yetişməsində mütaliənin təsiri böyükdür”

“Universitetlərin missiyası tələbələrə bilik vermək, onları tədqiqata cəlb etmək, mədəniyyət aşılamaqdır. Gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində mütaliə mədəniyyətinin çox böyük təsiri var”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev UNEC-də ulu öndər Heydər Əliyev ili”nə həsr olunan “Oxu mədəniyyəti” layihəsinin təqdimatında səsləndirib.

 

“Türkiyədə elmin bütün sahələri üzrə kitablar, eləcə də Nobel mükafatçılarının əsərləri həmin il müxtəlif dillərdən tərcümə olunaraq oxuculara çatdırılır. Bu, elmin populyarlaşmasında çox böyük rol oynayır. Bu tip kitablar universitetlərdə tədris olunmalıdır.

 

Universitetlər təhsilin keyfiyyətinin xarakteristikası, qiymətləndirilməsi üzrə prinsiplər müəyyənləşdirməlidirlər. Misal üçün deyə bilərəm ki, 90-cı ildə “Boing” şirkəti mühəndislər üçün bir neçə meyar müəyyən etmişdi: ixtisasın elmi əsaslarını yaxşı anlamaq, informasiya texnologiyalarını bilmək, layihələndirmə və planlaşdırma prosesini anlamaq, kommunikativ bacarıqlara, yüksək etik normalara, tənqidi və yaradıcı düşüncə qabiliyyətinə malik olmaq, çevik, inamlı və sürətli dəyişikliklərə adaptasiyanı bacarmaq və nəhayət, bütün həyatı boyu oxumağa vərdiş etmək. Bütün bunlar üçün fənlərarası sistemli yanaşma olmalıdır. Fikrimcə, universitetlər yanaşmanı bütün ixtisaslarda tətbiq edə bilərlər.

 

Universitetlərin reytinq cədvəlində UNEC kitabxana indikatoru üzrə qabaqcıl yerlərdən birini tutur. Düşünürəm ki, UNEC kitabxanası istər elektron, istər ənənəvi kitabxana kimi gələcəkdə cəmiyyətə açıq olacaq. UNEC-ə mütaliə mədəniyyətinin daha da genişləndirilməsi məqsədilə 80 kitab hədiyyə gətirmişəm. Bu, mənim universitetə töhfəmdir”.

Ermənistan ordusu döyüş mövqelərində minaatanlar yerləşdirib
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox