Azedu.az

Sınaq imtahanına qeydiyyat bu tarixdə yekunlaşacaq-DİM

5 Yanvar 2023, 12:44
Sınaq imtahanına qeydiyyat bu tarixdə yekunlaşacaq-DİM

Dövlət İmtahan Mərkəzi fevralın 12-də Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edib.

 

AzEdu.az xəbər verir ki, sınaq imtahanına qeydiyyat 29 yanvar saat 23:59-dək aparılacaq.

 

Qeyd edək ki, sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. I qrup üzrə RK və Rİ, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə müvafiq olaraq informatika və coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər.

Ermənistan ordusu döyüş mövqelərində minaatanlar yerləşdirib
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox