Azedu.az

İqtisadiyyat və biznes üzrə ən yaxşı dünya universitetləri-TOP-15

29 Dekabr 2022, 16:43
İqtisadiyyat və biznes üzrə ən yaxşı dünya universitetləri-TOP-15

 

 

“İqtisadiyyat və Biznes üzrə Dünyanın Ən Yaxşı Universitetləri”nin reytinqi müəyyən edilib.

 

Dünya üzrə yalnız 250 universitetin yer aldığı siyahıda əsasən  ABŞ universitetləri qərarlaşıb.

 

AzEdu.az ali təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimliyə istinadən xəbər verir ki, reytinq sıralaması qitələrə görə aşağıdakı şəkildə bölünüb:

 

Amerika - 89 universitet (məktəb)

Avropa - 106 universitet (məktəb)

Afrika -1 universitet (məktəb)

Asiya - 34 universitet (məktəb)

Avstraliya-Yeni Zelandiya- 20 universitet (məktəb)

 

Dünya üzrə TOP-250 universitetin yer aldığı sıralamada təbii olaraq, Azərbaycanın heç bir ali təhsil müəssisəsi yer almayıb.

 

Siyahıda ilk 15 yerdə qərarlaşan universitetləri təqdim edirik:

 

  1. Harvard Universiteti-ABŞ;
  2. Massaçusets Texnologiya İnstitutu (MIT) -ABŞ;
  3. Stanford Universiteti-ABŞ;
  4. Kaliforniya Berkeley Universiteti-ABŞ;
  5. University of Chicago-ABŞ;
  6. Pensilvaniya Universiteti-ABŞ;
  7. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi- Böyük Britaniya;
  8. Kolumbiya Universiteti- ABŞ;
  9. Nyu-York Universiteti-ABŞ;
  10. Rotterdam Erasmus Universiteti- Niderland;
  11. Oksford Universiteti-Böyük Britaniya;
  12. Sinqapur Milli Universiteti-Sinqapur;
  13. Şimal-Qərb Universiteti-ABŞ;
  14. Miçiqan Universiteti-ABŞ;
  15. Kembric Universiteti-ABŞ.

 

 

Son Dəqiqə: Hindistan Pakistana hücuma keçdi
Son xəbərlərDaha çox