Azedu.az

AzTU-nun məzunu Teymur Qaraisayevin “Qaraheybət” aviasiya poliqonunda şəhid olmasından bir il ötür    

30 Noyabr 2022, 17:20
AzTU-nun məzunu Teymur Qaraisayevin “Qaraheybət” aviasiya poliqonunda şəhid olmasından bir il ötür    

2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından bir il ötür. Qəza nəticəsində 14 hərbi qulluqçu şəhid olub, 2 nəfər yaralanıb. Şəhid olan hərbi qulluqçular arasında Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, kapitan Teymur Qaraisayev də olub.  

 

AzEdu.az xəbər verir ki, Teymur Qaraisayev 1983-cü ildə anadan olub. 2000-2004-cü illərdə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsində təhsil alıb.  

 

Prezident İlham Əliyevin sərəncamına əsasən, kapitan Teymur Qaraisayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox