Bu il Dövlət Proqramı çərçivəsində təhsil alan ilk məzunlarımız ölkəmizə qayıdacaqlar"
AzEdu.az xəbər verir ki,bunu Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında qeyd edib.
"Onlar qayıtdıqdan sonra müxtəlif ali təhsil müəssisələrimizdə 5 il müddətində fəaliyyət göstərəcəklər. Həmçinin, yeni proqram üçün də elan artıq verilir. Növbəti ildə 4126 proqram üçün qəbul elan edilib"-deyə, nazir bildirib.