Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) VI ümumi yığıncağı keçirilib.
Yığınacağın əsasında 2023-2024-cü illər üzrə UNEC Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) Sədri seçilib. Birliyin sədri vəzifəsini UNEC rektoru professor Ədalət Muradov həyata keçirəcək.
Bundan sonra UNEC hansı dəyişikliklər gözləyir:
UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə AzEdu.az-a açıqlamasında UNEC-in əldə etdiyi bu uğurun təfərrüatı və universitetin gələcək perspektivinə faydaları barəsində də danışıb:
"Bu təşkilata üzv olan ali təhsil müəssisələri Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Macarıstanda fəaliyyət göstərən universitetlərdir. Təbii ki, təşkilata bəlli meyarlara sahib universitetlər seçilir. Ötən gün VI ümumi yığıncağı keçirildi və UNEC 2023-2024 illər üzrə türk universitetlərinin sədri seçildi".
Rektor müşaviri birliyin əsas məqsədinin Avropada Baloniya sisteminə oxşar bir modelin türk respublikaları arasında olduğunu bildirdi:
“Birliyin əsas məqsədi Avropada Baloniya sisteminə oxşar bir modelin türk respublikaları arasında yaratmaq, əsas hədəfi isə türk ölkələri arasında vahid ali təhsil məkanı formalaşdırmaqdır. İstəyimiz tələbələrimizin bu coğrafiyada sərbəst şəkildə fəaliyyət göstərməsini təmin etməkdir. Onların bir semestr ərzində bir üzv ölkənin universitetində, bir semestr isə digərinin ali təhsil müəssisəsində təhsil almalarını hədəfləyirik.
Bu təşkilatın əsas hədəfi respublikalararası vahid ali təhsil və tədqiqat mərkəzi yaratmaqdır. Bununla bağlı TÜRKÜNİB-in 2040-cı il üçün strateji yol xəritəsi var. Orada da ali təhsil və tətqiqatlar türk respublikları nələr etməli olduqları müəyyənləşdirib.
Eyni zamanda, Səmərqənddə keçirilən sonuncu Türk Zirvəsi Görüşü zamanı türk ölkələrinin başçılarının verdiyi bəyanata əsasən görürük ki, TÜRKÜNİB-dən çox böyük gözləntilər var. Önümüzdəki illərdə Azərbaycan universitetləri bu istiqamətdə aktiv iştirak edəcəklər. "ORXON" mübadilə təxminən Avropa İttifaqındakı ERESMUS proqramına uyğun olaraq yaradılacaq. Bu proqram çərçivəsində artıq müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.
UNEC son bir il ərzində iki ölkədə təxminən, 10 yaxın müəllim proqram çərçivəsində universitetmizə gəlib fəaliyyət göstəriblər. Bugün ərzində 3 nəfər Atatürk universitetinin müəllimi ORXON proqramına müraciət edib. Çalışacayıq ki, "ORXON" proqramına daha çox büdcə ayrılsın. Çünki hazırda proqram universitetin büdcəsi ilə fəaliyyət göstərir.
Eyni zamanda hədəfimiz ondan ibarətdir ki, tələbələr türk respubliklarının müxtəlif şəhərlərində təhsil almaq imkanı olsun Türkiyə universitetlər birliyinə gələcək iki il ərzində UNEC rəhbərlik edəcək. Sədr universitet olaraq, hədəfimiz dövlət başçımızın türk zirvəsində qoyduqları məsələləri layiqi şəkildə yerinə yetirməkdir,"-deyə, o bildirib