44 gün ərzində Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərlə bağlı bir sıra beynəlxalq təşkilatlar Azərbaycana dəstək olduğunu bildirmişdi.66
Onlar arasında Azərbaycan universitetləri ilə əməkdaşlıq edən dünyanın müxtəlif ali təhsil müəssisələri də yer alıb.
AzEdu.az Vətən Müharibəsi, haqq savaşında Azərbaycana dəstək verən ali təhsil müəssisələrini təqdim edir:
Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlıq etdiyi bir çox ali təhsil müəssisələri rektor Ədalət Muradova məktub ünvanlayaraq Azərbaycanın ədalətli mübarizəsində yanında olduqlarını və sonunadək dəstəklədiklərini bildiriblər.
Bu ali təhsil müəssisələrinə misal olaraq, Makedoniyanın Beynəlxalq Vizyon Universiteti və Türkiyənin İnönü Universitetini göstərmək olar.
Eyni zamanda Türk Dünyası Araşdırmalar Vəqfi (TDAV) də rektora ünvanladığı məktubda – “Qəhrəmanlıq mübarizəsini qardaş Türkiyə qürurla izləyir”- deyə öz dəstəyini ifadə edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin cəbhə bölgəsində ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları və erməni təcavüzü ilə bağlı məlumatlandırmaq məqsədilə xarici tərəfdaşlarına ünvanladığı müraciətlərə müsb=ət cavablar gəlib.
ADNSU-nun əməkdaşı olan Türkiyənin İnönü Universiti, Yuri Kondratyuk adına Poltava Milli Politexnik Universiteti, Rusiyanın Ufa Dövlət Neft-Texniki Universiteti, Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzi, Pakistanın University of Malakand, Kanadanın Alberta Universiteti və digər ali məktəb və elm mərkəzləri Azərbaycan Respublikasının beynəlxalq tanınmış ərazi bütövlüyünün bərpasına yönəlmiş ədalətli mübarizəni dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, 2020-ci il oktyabrın 19-u və 20-də ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin üzvü olduğu və ümumilikdə 500-dək ali məktəb və elm mərkəzini birləşdirən dünyanın nüfuzlu təhsil təşkilatları - Universitet Rektorlarının Beynəlxalq Assosiasiyası, Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası, Qara Dəniz Universitetləri Şəbəkəsi, “Bir Kəmər və Bir Yol” Universitetlər Birliyinə, eləcə də birbaşa əməkdaşlıq etdiyi 97 ali məktəbin rəhbərlərinə rəsmi müraciət ünvanlayıb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu ali təhsil müəssisəsinin əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyanının 200-dən çox ali məktəbinə məktub ünvanlayıb.
Məktubda rektor dünya universitetlərinin diqqətini Azərbaycanda gedən Vətən Müharibəsinə yönəldərək, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində genişmiqyaslı hərbi təxribat törətməsi, Azərbaycanın döyüş mövqelərini və yaşayış məntəqələrini, mülki əhalini ağır artilleriyadan atəşə tutması barədə məlumat verib.
Hazırda Qarabağı işğaldan azad edilməsi uğrunda gedən döyüşlərlə bağlı bir çox beynəlxalq təşkilatlar Azərbaycana dəstək olduğunu bildirib.
Onlar arasında Azərbaycan universitetləri ilə əməkdaşlıq edən dünyanın müxtəlif ali təhsil müəssisələri də yer alır.
AzEdu.az Vətən Müharibəsi, haqq savaşında Azərbaycana dəstək verən ali təhsil müəssisələrini təqdim edir:
Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlıq etdiyi bir çox ali təhsil müəssisələri rektor Ədalət Muradova məktub ünvanlayaraq Azərbaycanın ədalətli mübarizəsində yanında olduqlarını və sonunadək dəstəklədiklərini bildiriblər.
Bu ali təhsil müəssisələrinə misal olaraq, Makedoniyanın Beynəlxalq Vizyon Universiteti və Türkiyənin İnönü Universitetini göstərmək olar.
Eyni zamanda Türk Dünyası Araşdırmalar Vəqfi (TDAV) də rektora ünvanladığı məktubda – “Qəhrəmanlıq mübarizəsini qardaş Türkiyə qürurla izləyir”- deyə öz dəstəyini ifadə edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin cəbhə bölgəsində ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları və erməni təcavüzü ilə bağlı məlumatlandırmaq məqsədilə xarici tərəfdaşlarına ünvanladığı müraciətlərə müsbət məzmunlu cavablar gəlməyə davam edir.
ADNSU-nun əməkdaşı olan Türkiyənin İnönü Universiti, Yuri Kondratyuk adına Poltava Milli Politexnik Universiteti, Rusiyanın Ufa Dövlət Neft-Texniki Universiteti, Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzi, Pakistanın University of Malakand, Kanadanın Alberta Universiteti və digər ali məktəb və elm mərkəzləri Azərbaycan Respublikasının beynəlxalq tanınmış ərazi bütövlüyünün bərpasına yönəlmiş ədalətli mübarizəni dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, oktyabrın 19-u və 20-də ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin üzvü olduğu və ümumilikdə 500-dək ali məktəb və elm mərkəzini birləşdirən dünyanın nüfuzlu təhsil təşkilatları - Universitet Rektorlarının Beynəlxalq Assosiasiyası, Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası, Qara Dəniz Universitetləri Şəbəkəsi, “Bir Kəmər və Bir Yol” Universitetlər Birliyinə, eləcə də birbaşa əməkdaşlıq etdiyi 97 ali məktəbin rəhbərlərinə rəsmi müraciət ünvanlayıb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu ali təhsil müəssisəsinin əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyanının 200-dən çox ali məktəbinə məktub ünvanlayıb.
Məktubda rektor dünya universitetlərinin diqqətini Azərbaycanda gedən Vətən Müharibəsinə yönəldərək, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində genişmiqyaslı hərbi təxribat törətməsi, Azərbaycanın döyüş mövqelərini və yaşayış məntəqələrini, mülki əhalini ağır artilleriyadan atəşə tutması barədə məlumat verib.
Almaniyanın Hol-Vittenberq Martin Luter Universitetinin rektoru Kristian Tietje və Vaterloo Universitetinin rektoru Hamdullah Pura, Türkiyənin Ardahan Universitetinin rektoru Mehmet Biber və Vyana Diplomatik Akademiyasının direktoru Emil Brix məktub ünvanlayıb.
Məktublarda tezliklə Azərbaycanda sülhün yenidən bərqərar olunacağına inam, Bakı Dövlət Universitetinə və Azərbaycan xalqına ən xoş arzular öz əksini tapıb.
Azərbaycan Universitetinin xarici tərəfdaşları, diaspor təşkilatlarının nümayəndələri elmi işlər üzrə prorektor, professor Yusif Qasımova ünvanladıqları məktublarda Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpasına yönəlmiş ədalətli mübarizəsini dəstəklədiklərini bildirirlər.
Onların arasında Tiblisi Dövlət Universiteti, Böyük Britaniya Universiteti, Beynəlxalq Simmetriya Analizi və Riyaziyyat Modeli İnstitutu, Norveçin Oslo Universiteti, Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti, Argentina Milli Nodest Universiteti, Türkiyənin Ege Universiteti, Dokuz Eylül Universiteti, Eastern Mediterranean Universiteti yer alıb.
Azərbaycan Dillər Universiteti də cəbhədə döyüşlər başladığı ilk gündən etibarən informasiya cəbhəsində fəal mübarizə aparıb/9. və əməkdaşlıq etdiyi ali təhsil müəssisələri, beynəlxalq təşkilatları baş verənlərlə bağlı məlumatlandırmağa davam edib.
Universitet tərəfindən 600-dən artıq məktub bir- birini təkrarlamayan və bir çox müxtəlif dillərdə beynəlxalq təşkilatlar və ali təhsil müəssisələrinə göndərilib.
İngiltərənin Pearson Təhsil və Elm Mərkəzi, Mərakeşin İbn Zöhr Universiteti, Tokio Universiteti, Fransa Prezidentinin Administrasiyası, Virciniya Commonwealt Universiteti, Norveçin ölkəmizdəki keçmiş səfiri Steynar Gil, «Frans24» xəbər kanalı, Venesiya Universiteti, İzmir Ekonomi Universiteti, Frankofoniya Təşkilatı, Kanada Bioloqlar Assosiasiyası, Kabul Universiteti, Yaponiyanın Ecco cəmiyyəti, Nippon Akademiyası və s. məktublara reaksiya verərək cavab göndəriblər.
Qarabağ Azərbaycandır!