Azərbaycanın öz torpaqlarına böyük qayıdışı,tarixi qələbəsindən 2 il ötdü.
Ölkə rəhbərliyi,ordu və xalq birliyinə əsaslanan mübarizəmizin nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, müzəffər ordu xalqın 30 illik həsrətinə son qoydu. Əməliyyatların davam etdiyi 44 gün boyunca xalq milli birlik və ruh yüksəkliyi nümayiş etdirdi.
9
Müharibə dövründə xüsusi ilə də sosial şəbəkələrdə ictimai-siyasi xadimlərlə yanaşı elm və təhsil nümayəndələri də yüksək aktivlik göstərirdilər.
AzEdu.az xəbər verir ki, onlar arasında Azərbaycan Universitetlərinin rektorları da yer alıb.
Cəbhədə döyüşlər başladığı gündən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov sosial şəbəkə hesabında xüsusi fəallıq göstərirdi.
Rektor daimi şəkildə sosial şəbəkə hesabı vasitəsi ilə ruh yüksəkliyinin qorunması, cəbhədə olan əsgərlərə dəstək, dünya ölkələri və təşkilatlarının Qarabağ mövzusuna yanaşması ilə bağlı paylaşımlar edirdi. Bununla yanaşı o Ermənistan ərazisindən rayonlarımızın, mülki əhalinin atəşə tutulmasını kəskin şəkildə qınayıb.
Müharibə dövründə rektor əsasən Azərbaycan və rus dillərində paylaşımlar edirdi.
Bu müddətdə sosial şəbəkələrdə xüsusi aktivliyi ilə seçilən rektorlardan biri də Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov oldu.
Rektor cəbhədə davam edən proseslə bağlı fəal şəkildə paylaşımlar edirdi. Paylaşımlarında Gəncə, Bərdə və Tərtərə olan roket hücumları, mülki əhalinin hədəfə alınmasını qınayırdı. Eyni zamanda Türkiyə və Azərbaycan qardaşlığına diqqət çəkirdi. Ərazilərimizin işğaldan azad edilmə xəbərlərini xüsusi olaraq paylaşıb. Bununla yanaşı rektor paylaşımlarında gənclərin başlatdığı həştəqlərə qoşularaq onların təşəbbüsünə dəstək verib.
Müharibə dövründə rektor əsasən Azərbaycan və ingilis dillərində paylaşımlar edirdi.
Hər zaman sosial şəbəkələrdə aktivlik göstərən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov da bu dövrdə xüsusi fəallığı ilə seçilirdi. Rektor cəbhədə davam edən proses, gələn zəfər xəbərləri, erməni tərəfinin törətdiyi cinayətlər, mülki əhaliyə qarşı törədilən cinayətlərlə bağlı daimi paylaşımlar edir. Eyni zamanda Şahin Bayramov Mingəçevir ASAN Xidmət tərəfindən təşkil edilən “Əsgərə Məktub” layihəsinə qoşulmuşdu. Rektor paylaşımlarında aktiv şəkildə gənclərin Qarabağ həqiqətlərini, erməni terrorunu dünyaya çatdırmaq üçün başlatdığı həştəqlərə qoşulurdu. Bununla yanaşı Prezident İlham Əliyevin çıxışları, xarici mediaya müsahibəsindən olan vacib hissələrə paylaşımlarında diqqət çəkirdi.
Müharibə dövründə rektor əsasən Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edib.
Şəhidlərimizi qürur və kədərlə anırıq!
Qarabağ Azərbaycandır!0