Azedu.az

“Bu qaydaların tətbiqi nəzərdə tutulmayıb, məlumat doğru deyil”-Universitetdən AÇIQLAMA

Universitetlər

26 Oktyabr 2022, 13:59
“Bu qaydaların tətbiqi nəzərdə tutulmayıb, məlumat doğru deyil”-Universitetdən AÇIQLAMA

 

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” hazırlanıb.

 

Qaydalara əsasən, qız və oğlan şagirdlərin geyimi, məktəbə gətirmələrinə icazə verilməyən əşyalar, valideyn-məktəb  münasibətləri, şagirdlərin təltif edilməsi  kimi məsələlər tənzimlənib.

 

Ancaq sosial şəbəkələrdə yayılan məlumatlara görə, Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrə bu qaydalara əməl etmələrilə bağlı təlimat verilib.

 

Məsələ ilə bağlı universitetin  mətbuat katibi Cavid Hüseynov AzEdu.az-a açıqlamasında  bu məlumatların  doğru olmadığını bildirib:

 

“Bu məlumatlar həqiqəti əks etdirmir. Qeyd edilən qaydaların tətbiqi ilə bağlı hazırda heç bir qərar qəbul edilməyib”.

 

Qeyd edək ki, məktəblər üçün nəzərdə tutulan qaydaların ADPU-da tətbiqi ilə bağlı təlimat mesajı sosial şəbəkələrdə yayılmışdı:

 

No description available.

 

 

Rusiyada ARA QARIŞDI - Türklərə qarşı zorakılıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox