Təhsil kreditinin faizini və ödəniş məbləğini hesablamaq mümkündür- Tələbələrin NƏZƏRİNƏ
Təhsil kreditinin faizini və müddətə görə geri ödəniş məbləğini əvvəlcədən hesablamaq mümkündür.
Bu barədə AzEdu.az-a Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Bildirilib ki, tələbələrin təhsil üçün fonddan alacağı kreditin faizini və müddətə görə geri ödəniş məbləğini qurumun rəsmi saytındakı (www.e-ttkf.edu.az) "kredit kalkulyatoru" vasitəsilə hesablama imkanları var.