Azedu.az

UNEC nəzdində Maliyyə-İqtisad Kolleci üzrə tələbə qəbulunun qeydiyyatı başlanıb

Universitetlər

20 Avqust 2022, 10:59
UNEC nəzdində Maliyyə-İqtisad Kolleci üzrə tələbə qəbulunun qeydiyyatı başlanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecində 2022/2023-cü tədris ili üzrə tələbə qəbulunun qeydiyyatı başlanıb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, qeydiyyat //portal.edu.az platforması vasitəsilə aparılır.

 

Abituriyentlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilən müddətdə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün //portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılan kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbuldan imtina etmiş şəxs hesab edilir və onun barəsində qəbul əmri verilmir.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox