Azedu.az

Bu ixtisasları seçmək mənasızlıqdır – Özümüzü necə aldadırıq?

Universitetlər

Dövlət İmtahan Mərkəzi (DİM)

10 Avqust 2022, 10:51
Bu ixtisasları seçmək mənasızlıqdır – Özümüzü necə aldadırıq?

 

 

 

"İndiki halda istər IX, istərsə də XI illik təhsil pilləsində kolleclərə ixtisas seçimi məqsədə uyğun deyil". 

 

Bu sözləri  AzEdu.az-a  açıqlamasında qəbul məsələləri və karyera üzrə mütəxəssis  Adil Vəliyev deyib.

 

"Kolleclərdə təhsilin keyfiyəti kifayət qədər aşağıdır.  Şagird doqquzuncu sinifdən kolleclərə getməkdənsə, ali məktəblərə müəyyən ixtisas  qrupu  üzrə daha iki il hazırlaşlaşaraq daha effektiv nəticə əldə edə bilər. Bundan əlavə, valideyn uşağını peşə məktəblərinə yönəldə bilər".

 

“Bütün kolleclər universitetlərin balansına  verilməlidir” deyən mütəxəssis orta ixtisas təhsili müəssisələrinin cari  vəziyyətindən danışıb. Onun fikrincə,

 

"Biz kollec seçimlərinə baxsaq görərik ki, kifayət qədər ehtiyac olmayan ixtisaslar var. Hansı ki, həmin ixtisasların ömrü çoxdan bitib. Həmin ixtisası bitirənlər gələcəkdə əmək bazarında  heç bir işlə təmin ola bilməyəcəklər.

 

Bildiyiniz kimi,  bəzi kolleclər heç bir universitetin tərkibində deyil. Mənim fikrimcə, bütün kolleclər hansısa universitetin balansına  verilməlidir. Subbakalvr həmin kolleci bitirib, daxili imtahanla  hansı universitetin nəzdindədirsə ora da qəbul olunmalıdır. Bu mənim fikrimcə bu  daha məqsədəuyğundur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox