Azedu.az

Sabiq rektorun təhsil yolu, zəngin elmi fəaliyyəti-Maraqlı detallar...

Universitetlər

Maraqlı

19 İyul 2022, 15:42
Sabiq rektorun təhsil yolu, zəngin elmi fəaliyyəti-Maraqlı detallar...

 

Texnika elmləri doktoru, əməkdar müəlllim, professor, Süleymanov Akif Şamil oğlu, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Akif Süleymanov, 1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində fəhlə ailəsində anadan olub.

 

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna qəbul olub, daha sonra ali təhsilini davam etdirmək üçün Moskvaya yollanıb

 

1969-cu ildə II Şıxlı orta məktəbini bitirdikdən sonra Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakultəsinin "Elektron hesablama maşınları, kompleksləri. sistemləri və şəbəkələri" ixtisasına qəbul olub və 1972-ci ildə "Azərbaycandan kənarda kadr hazırlığı siyasətinə" uyğun olaraq təhsilini davam etdirmək üçün Moskva Energetika İnstitutuna oxumağa göndərilib.

 

A.Ş.Süleymanov 1976-cı ildə Moskva Energetika İnstitutunun (MEİ) "Avtomatika və hesablama texnikası" fakültəsinin "Elektron hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri" ixtisasını bitirdikdən sonra respublikamıza qayıdıb və təyinatla Bakı radio zavodunda əmək fəaliyyətinə başlayıb. Zavodda kompüter üzrə mühəndis-nizamlayıcı vəzifəsində işləyib. İşlədiyi müddətdə Azərbaycan Texniki Universitetində saat hesabı dərslər də aparıb.

 

Sabiq rektor sonralar da Azərbaycan Texniki Universitetdə fəaliyyətini davam etdirib

 

A.Ş.Süleymanov 1984-cü ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin "Hesablama texnikası" (indiki "İnformasiya texnologiyaları və proqramlaşdırma") kafedrasına assistent vəzifəsinə və 1990-cı ildə isə müsabiqə yolu ilə həmin kafedrada baş müəllim vəzifəsinə seçilib. O, 1995-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında "Diskret verilənlərin çoxdəfəli sıxma-açma sisteminin universal alqoritminin işlənməsi" mövzusunda 05.13.14 (İnformasiya emalı və idarə edilməsi) ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib.

 

Akif Süleymanov, 1999-cu ildə dosent elmi adına layiq görülüb. Fakültə Elmi Şurasının elmi katibi, kafedra müdirinin müavini və elmi işlər üzrə dekan müavini vəzifələrində çalışıb. 2001-ci ildən isə "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının müdiri vəzifəsinə seçilib. A.Ş. Süleymanov tələbələrin elmi işlərinə, magistr və aspirant dissertasiyalarına rəhbərlik etmiş, kafedrada aparılan elmi-tədqiqat işlərinin yerinə yetirilməsində fəal iştirak etmiş və elmi-tədqiqat laboratoriyasının müdiri işləmişdir. O, 150 elmi-metodiki işin, o cümlədən 12 dərslik və bir monoqrafiyanın müəllifidir. Onun məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilmişdir.

 

Akif Süleymanov, Azərbaycanı bir sıra beynəlxalq konfranslarda təmsil etmişdir. 05.13.01 (Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi) ixtisası üzrə Dissertasiya Şurasının üzvüdür və 7 dəfə elmlər namizədliyi dissertasiyalarına opponent təyin edilmişdir. Universitetdə işlədiyi müddət ərzində A.Ş.Süleymanov özünü informatika sahəsində peşəkar bir mütəxəssis və müəllim kimi tanıtmışdır. Universitet kollektivi arasında nüfuza malikdir. Universitetin içtimai həyatında fəal iştirak etmişdir. "Aftomatika və kompüter texnikası" fakültəsinin və Universitet Elmi Şurasının üzvüdür.

 

2000-ci ilin may ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezdentinin 14 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona "Əməkdar müəllim" fəxri adı verilmişdir. 2011-ci ildə "İnformasiya şəbəkələrində mətn sənədlərinin emalının intellektləşdirilməsinin modelləri və üsullarıi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək "05.13.01 — Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.

 

2012-ci ildə Azərbaycan Texniki Universiteti və Cənubi Koreya mütəxəssislərinin birgə yerinə yetirdiyi "Elektron Universitet" layihəsinə uyğun olaraq Seul şəhərində, Bauman adına Moskva Dövlət Texniki Universitetində və Kipr Respublikasının Doğu Akdeniz Universitetlərində "İT meneceri" üzrə ixtisasartırma kursları keçmiş uyğun sertifikatlar almışdır. Dövlət qulluğuna qəbul komissiyasında müstəqil ekspert kimi fəaliyyət göstərir.

 

13.03.2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə t.e.d., prof. Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin edilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox