Azedu.az

Rektorlar Konfransının Nizamnaməsinin Layihəsi rektorların müzakirəsinə təqdim edilib-FOTO

Universitetlər

27 İyun 2022, 09:26
Rektorlar Konfransının Nizamnaməsinin Layihəsi rektorların müzakirəsinə təqdim edilib-FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə hazırlanan nizamnamə rektorların müzakirəsinə təqdim edilib.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini İdris İsayevin rəhbərliyi və layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə keçirilən görüşdə AzTU-nu rektor Vilayət Vəliyev və Elm və İnnovasiya üzrə prorektor Sübhan Namazov təmsil edib.

 

Əvvəlcə layihənin koordinatoru Gülşən Bayramova Azərbaycanda Rektorlar konfransının icra vəziyyəti haqqında təqdimatla çıxış edib. Hazırlanmış nizamnamənin layihəsi müzakirə edilib, tərəfdaş universitetlərin rektor və prorektorlarının təklif və tövsiyələri dinlənilib.  

 

Daha sonra layihə çərçivəsində növbəti mərhələdə görüləcək işlər və müxtəlif Avropa ölkələrinin Rektorlar konfranslarının müsbət təcrübələrinin öyrənilməsi ilə bağlı geniş müzakirələr aparılıb. 

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox