Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
AzEdu.az “Abituriyent” jurnalının 8-ci sayına istinadən, “ADA” Universitetində boş qalan plan yerlərini təqdim edir:
Azərbaycan və rus bölməsi birgə
Kompüter mühəndisliyi ( tədris ingilis dilində) – Əyani – 17 yer – 6400 AZN;
İnformasiya Texnologiyaları ( tədris ingilis dilində) – Əyani – 14 yer – 6400 AZN;
Beynəlxalq münasibətlər ( tədris ingilis dilində ) – Əyani – 15 yer – 6000 AZN.