Universitetə qəbul olanlar avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09-00-dan 17-00-dək (fasilə 13-00 – 14-00) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər. Sənədlərin qəbulu əsas bina, I mərtəbədə (əsas giriş) foyedə aparılacaq.
AzEdu.az tələb olunan sənədləri təqdim edir:
- Şəxsiyyət vəsiqəsi (əsli və 3 nüsxə surəti)
- Şəxsi kabinetin parolu
- Orta təhsil haqqında sənədin (attestat) əsli (və ya orta ixtisas, ali məktəb diplomunun notarial qaydada surəti)
- Şəkil 6 ədəd (3x4 ölçüdə, rəngli)
- Hərbi qeydiyyat haqqında sənəd
- İmtiyazlı tələbələrin sənədlərinin əsli və notarial qaydada surəti
Qeyd: Sənədlər qovluqda (ipli) təqdim olunmalıdır.