Universitetə qəbul olmaq insanda psixoloji olaraq müxtəlif dəyişikiliyə, ovqat durumuna səbəb olur. Ali məktəb ancaq yüksək dərəcə əldə etmək üçün deyil, həmçinin yetkinliyin mahiyyətini dərk etmək üçündür.
Mütəxəssislərin fikrincə, yeni mühit və insanlar, fərqli şəhər, fərqli yaşam forması universitetə ilk addımını atanların bir müddət qarışıq hisslər içində olmasına səbəb ola bilir. Bu müddəti hər kəs bir-birindən fərqli hiss və düşüncələrlə keçirir. Amma dərslərə yeni başlanıldığı mərhələdə adətən, həyəcan, təşviş, qorxu, narahatlıq təklik kimi hisslər keçirmək normaldır.
Bəs, ali məktəblərə yeni qəbul olan tələbələr dərsə başladıqda, birinci kursa ilk addımlarını atanda necə motivasiya olunmalıdırlar?
Psixoloq Gülnar Səttarova AzEdu.az-a açıqlaması zamanı bildirib ki, universitet həyatı kimisi üçün ailəsi ilə eyni şəhərdə , bildiyi və tanıdığı insanlar əhatəsində, kimiləri üçün isə ailəsindən uzaq , bilmədiyi və tanımadığı bir mühitdə və şəhərdə olmağı tələb edir. Bunların hər birinin fərqli motivativ tələbləri var:
“Kimisi bu müddət ərzində ailəsindən ilk dəfə ayrı qalmış olur.Bu faktorlar universitet həyatını fərqli qavramağa və fərqli reaksiyalar verməyə səbəb olur. Bəzi gənclərdə neqativ düşüncələr “bacara bilməyəcəm” kimi fikirlər yaranmağa başlayır. Unutmamaq lazımdır ki, bu çətinliyi yaşayan bir tək siz deyilsiniz və xüsusilə bu hiss və düşüncələr bir müddət sonra keçib gedecək”.
Psixoloq birinci kursa gedəcək tələbələrə aşağıdakı tövsiyyələri deyir:
“Hiss etdiklərinizi başqalarının da yaşaya biləcəyini düşünün , sizinlə oxşar şeyləri yaşayan insanlarla paylaşmağa çalışın.
Yaşadığınız bu müddətin keçici bir zaman olduğuna və öhdəsində gələ bilmək üçün nələr edə biləcəyinizə konsentrasiya olun. Neqativ fikirlərlə düşünmək və neqativlər axtarmaq yerinə daha pozitiv və məqsədyönlü olmağa çalışın. “Real olaraq heçmi pozitiv bir şey yoxdur?” sualı qarşısında düşünün.Olduğunuz yeri şəxsiləşdirməyə çalışın. Sizə aid olduğunu hiss edin”.
Psixoloqun sözlərinə görə, tələbələr münasibətlərini kəşf etmək üçün universitet çox yaxşı bir fürsətdir.
“Məkanın klublarını, sosial fəaliyyətlərini araşdırın. Diqqətinizi çəkənlərə qatılmağa çalışın. Keyfiyyətli dostluqlar qazanmaq mövzusunda özünüzə zaman tanıyın. Dərs çalışmaqla sosial fəaliyyətləri icra etmək üçün zamanı daha məqsədə uyğun bir şəkildə istifadə etməyi öyrənə bilərsiz. Universitet sizə akademik həyatınız boyunca sosial fəalliyyətlərdən fiziki bacarıqlara qədər bir çox müxtəlif fəalliyyətlər qazandıracaqdır.Ən əsası bu dönəmdə şəxsiyyətinizin formalaşdığını unutmayın . Beləliklə bu müddət verimli bir şəkildə reallaşdıraraq universitetə getmə səbəbinizi həyata keçirmiş olacaqsız”.
Psixoloq Fərqanə Mehmanqızı bildirib ki,ali məktəbə qəbul olan yeni tələbələr əslində bir uğur qazanıblar bu uğurun burada kifayətlənəcəyini deyil daha böyük mərhələyə keçəcəyini düşünməlidirlər:
“Onlar çox önəmli keçidə keçiblər bundan sonrakı həyatlarında bu uğurun ardıcıl olaraq artmasını təmin etməlidirlər.Mən bir uğur qazandım yəni universitetə daxil oldum bununla kifayətlənməli deyillər bu uğuru davam etdirməlidirlər çünki bu uğur müyyən əməyin nəticəsində qazanılan bir uğurdur. Uğurun ardınca uğur gəlməsi üçün yenə də çalışmalıdırlar çünki hər bir uğur müəyyən bir çətinliklərdən sonra gəlir. Bu il tələbə adını qazana bilməyən abituryentlər də ali məktəblər qəbul olan abituryentlərin uğurundan motivasiya olunub özlərinin, psixologiyalarının üzərində çox çalışmalıdırlar.Bəzi uşaqlar varki savadları ali məktəbə daxil olması üçün yetərincədir lakin psixologiyaları ruh halları kifayətedici dərəcədə deyil və nəticədə stressdən cavabları unudurlaronlar da öz üzərlərində işləyib uğur qazan bilərlər”.
Günel Yaşarqızı