UNEC rektoru Ədalət Muradov ali təhsildəki mövcud problemlərə və zəruri olan yeniliklərə diqqət çəkməyə davam edir.
AzEdu.az xəbər verir ki, rektor bu dəfə ali təhsildə yeni universitet sisteminin vacibliyini vurğulayıb:
"Universitet tələbələri öyrənən, universitet müəllimləri isə öyrədəndirlər. Öyrədənlər həm də özləri öyrənənlərdir. Öyrənmək və öyrətmək üçün yeni universitet sisteminə ehtiyac var. Bu baxımdan iki fərqli sistem mümkündür: mərkəzləşdirilmiş və əks-mərkəzləşdirilmiş sistem. Dünya təcrübəsi göstərir ki, birincisi yanlış və zərərli, ikincisi isə doğru və faydalıdır!"