Azedu.az

BDU-nun itkin düşən tələbəsinin dənizdə meyiti tapıldı

Universitetlər

Tələbələr

27 Mart 2022, 17:15
BDU-nun itkin düşən tələbəsinin dənizdə meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

AzEdu.az FHN-nin saytına istinadən verdiyi xəbərə görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, İ. Qəmbərli Bakı Dövlət Universiteti Geologiya fakültəsinin tələbəsi olub.

O, martın 1-də evdən çıxıb və geri qayıtmayıb.

 
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ
Son xəbərlərDaha çox