Dünya üzrə 200 universitet 600-dən artıq dərsini onlayn pulsuz istifadəyə verib.
AzEdu.az xarici mətbuata istınadən bildirir ki, "Kütləvi Onlayn Dərs" olaraq bəzi universitetlərin vacib dərslərini çatdırmaq üçün qurulan sistem qısa zamanda bəzi platformalarda pulsuz əldə edə biləcəyiniz yüzlərlə mövzunu əhatə edir. 7 ildən çoxdur davamlı bir iş aparan “Class Central” keçən il uzun bir siyahı yayıb. Siyahıda olan dərslərdən bəziləri:
Kompüter elmləri
Alqoritmlər: Dizayn və təhlil
Texniki təhsil
TCP/IP-yə giriş
Bəşəri elmlər
Dünya ədəbiyyatındakı müasir şah əsərlər
Din, münaqişə və sülh.
Qədim Misirin möcüzələri
İnanc və maliyyə
Fəlsəfə və din.
Ərəb-İslam tarixi: qəbilələrdən imperiyalara.
Dəqiq elmlər
Riyazi bacarıqlar
Elm
İqlim-enerji ziddiyyəti
Genin analizi
Dünya: Torpaq, su və hava.
Həyat üçün sintez
İctimai Elmlər
Risk, gəlir və kapital dəyərinin ağırlığı
Uşaq tərbiyə etməyin əlifbası
Beynəlxalq münasibətlər
Dahilik, istedad