Avstriyanın Johannes Kepler Universitetinin (Enerji İnstitutunun) kordinatorluğu ilə “Horizon 2020” proqramına təqdim edilmiş “CAMPAİNG” layihəsinin tərəfdaşları ilə birinci online görüş olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) AzEdu.az-a bildiriblər ki, ADNSU bu layihədə tərəfdaş kimi çıxış edir.
Görüş zamanı ilkin tanışlıqla bərabər, layihə çərçivəsində görüləcək işlər, icra olunacaq proqramlar, perspektiv layihələr müzakirə olunub.