Azedu.az

Magistraturaya qəbul qaydaları AÇIQLANDI

Universitetlər

Dövlət İmtahan Mərkəzi (DİM)

6 Yanvar 2022, 10:32
Magistraturaya qəbul qaydaları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, jurnalda Azərbaycan ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap edilib.

 

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. (DİM-in binası)), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox