Azedu.az

Hərbi feldşer işi ixtisası üzrə qəbul imtahanı nə zaman və necə təşkil olunur?-DİM

Universitetlər

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

4 Yanvar 2022, 12:15
Hərbi feldşer işi ixtisası üzrə qəbul imtahanı nə zaman və necə təşkil olunur?-DİM

Hərbi feldşer işi ixtisası üzrə qəbul imtahanı nə zaman və necə təşkil olunur?-

AzEdu.az DİM-ə istinadən sualın ətraflı cavabını təqdim edir:

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi feldşer işi ixtisasına qəbul olmaq istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanının nəticələri əsasında iştirak edəcəklər. Əvvəlki illərin məzunları isə Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanı formatında qəbul imtahanı verməlidirlər. Qəbul imtahanının tarixi barədə əlavə məlumat veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 30 aprel 2021-ci il tarixədək ərizə ilə fakültə rəisinə müraciət etməli və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir. Qeyd edək ki, qəbul elanı cari ilin fevral ayında həm DİM-in, həm də Müdafiə Nazirliyinin saytında və rəsmi səhifələrində yerləşdirilib.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox