Azedu.az

UNEC-də təlim: Qeyri-formal məşğulluğun leqallaşdırılması mövzusu ilə bağlı təlim keçirilib

27 Noyabr 2021, 17:54
UNEC-də təlim: Qeyri-formal məşğulluğun leqallaşdırılması mövzusu ilə bağlı təlim keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Qeyri-formal məşğulluğun leqallaşdırılması” mövzusunda təlim keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, təlimdə Azərbaycanda qeyri-formal məşğulluğun qarşısının alınmasına dair tədbirlər planının təsdiq olunması, minimum əməkhaqqı məbləğinin artırılması, əmək müqavilələrinin bağlanması prosesində diqqət olunacaq məqamlar barədə məlumat verilib.

 

Təlim Dövlət Məşğulluq Agentliyinin Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin müdiri Səbuhi Qəmbərzadə tərəfindən aparılıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox