Bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in facebook səhifəsində canlı yayım edərək son günlər qəbul prosesində edilən dəyişiklik və yeniliklərə aydınlıq gətirib.
Səsləndirilən fikirlərdən bəziləri izləyicilərin çaşqınlığına səbəb olub.
AzEdu.az həmin fikirlərin dəqiq formalarını təqdim edir:
Gələn il qəbul imtahanları iki mərhələdə keçiriləcək
Gələn il qəbul imtahanlarının iki mərhələdə keçirilməsi planlaşdırılır. Ötən il onun bir mərhələdə keçirilməsinin səbəbi pandemiya ilə bağlı yaranan vəziyyətlə əlaqəli idi.
III qrup üzrə coğrafiya fənnindən imtahan ayrı keçiriləcək
Belə ki, regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasını seçmək istəyən abituriyentlər coğrafiyadan ayrı imtahan verəcək. Bu ixtisasları seçməyənlər isə III qrupa imtahan verərkən coğrafiyaya hazırlaşmaya bilərlər.
Coğrafiya üzrə imtahanlar gələn tədris ili üçün nəzərdə tutulub
Hamının ən çox səhv saldığı məqamlardan biri olan bu məlumat DİM tərəfindən rəsmən elan edilib. Qərara əsasən gələn il imtahan verəcək abituriyentlər III qrupdan regionşünaslıq və beynəlxalq münasibətlər üzrə coğrafiyadan imtahan verəcək.
Gələn il keçiriləcək qəbul imtahanlarında informatika fənin salınması nəzərdə tutulmur
Məleykə Abaszadə canlı yayım zamanı informatikanın növbəti tədris illərində qəbul proqramına salınacağını açıqlayıb. DİM hazırda bu istiqamətdə mütəxəssis axatarışlarını elan edib.
Məntiq fənni növbəti illərdə qəbul imtahanına salına bilər
Məntiq fənninin qəbul proqramına salınması istiqamətində DİM-in fikirləri var. Ola bilsin ki, növbəti tədris illərindən o, qəbul proqramına salınsın.
Qəbul imtahanlarında coğrafiya fənni üzrə bal məhdudiyyəti olmayacaq
Coğrafiya fənni üzrə bal məhdudiyyəti olmayacaq. “Bu fənn gələn tədris ilindən III qrupa salınacağı və ilk il olacağı üçün belə bir məhdudiyyət nəzərdə tutulmayıb.