Təhsil Tələbə Kreditinin verilməsinə dair məsələlərin tənzimlənməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” alt sistemi (bundan sonra - elektron sistem) vasitəsilə həyata keçirilir.
Tələbə, TTK almaq üçün müraciət etmədən öncə notariat qaydasında ərizəsini təsdiq etdilməlidir.
AzEdu.az xəbər verir ki, bu ərizədə ilə tələbə, onun valideynləri, övladlığa götürənləri və ya himayəçisi aşağıdakı razılıqları verməlidirlər:
Bu qaydaya müvafiq olaraq notariat qaydasında təsdiq olunmuş ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən sorğu əsasında elektron sistemə göndərilir. Bu razılıq başqa məqsədlərə və ya digər kreditin qaytarılmasında istifadə edilə bilməz. Razılıq kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün verilir.
Daha sonra razılığı rəsmiləşdirilmiş tələbə elektron sistemdə qeydiyyatdan keçir və ona elektron sistemdə “Şəxsi kabinet” açılır, kabinetin şifrəsi onun əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Tələbə “Şəxsi kabinet”i vasitəsilə TTK-nin rəsmiləşdirilməsi üçün tələb olunan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.TTK almaq hüququ elektron sistem vasitəsilə müəyyən edilir.
Qeyd edək ki, Təhsil naziri tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə tələbələrin bu ildən etibarən kreditlərdən faydalana biləcəyini bildirib.