Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri seçilib.
AzEdu.az xəbər verir ki, rektor bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Rektorun paylaşımını təqdim edirik:
“Bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirildi və bu iclasda mən İctimai Şuranın Sədri seçildim. Mənə etimad göstərən Şuranın hər bir üzvünə təşəkkür edirəm. Eləcə də, hörmətli Zakir müəllim Nuriyevi İctimai Şuranın Sədr müavini, hörətli Fərhad müəllim Qaraşovu İctimai Şuranın katibi seçilməsi münasibətilə təbrik edirəm.
Uğurlar!”