Bu ilin ən gənc və ən yaşlı abituriyentinin yaşı açıqlandı-Maraqlı rəqəmlər
7 Sentyabr 2021, 12:39
Paylaş:
Universitetlərə sənəd qəbulu bu gündən başlayıb. Maraqlıdır builki ixtisas seçimində iştirak edən ən gənc və ən yaşlı abituriyentin neçə yaşı oldu?
DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, ən gənc abituriyentin 15 yaşı var. Bu, Səfərli Həmiddir. ( 23.01.2006) .O, Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olunub.
Ən yaşlı abituriyentin isə 52 yaşı olub. Səttarov Mehman Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasına qəbul olunub.