Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi müsabiqəsinin nəticələri elan olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda can verən, şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman, general-mayor Polad Həşimov və mayor Anar Novruzovun övladları da tələbə adını qazanıb.
AzEdu.az-ın məlumatına görə, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Tibb universitetinə qəbul olunub.
Mayor Anar Novruzovun qızı Firuzə Novruzova isə Xəzər universiteti “tarix müəllimliyi” fakültəsinə daxil olub. O açıqlamasında qeyd etdi ki, qəbul imtahanında 303 bal toplayıb və ixtisas seçimində ilk yazdığı ixtisası qazanıb.