“2020-ci ildə 5279 nəfər subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub”.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı keçirilən canlı yayımda deyib.
DİM sədri qruplar üzrə subbakalavrların qəbul statistikasını açıqlayıb:
“Onlardan 1600 nəfər I qrup, 3 217 nəfər II qrup, cəmi 36 nəfər II qrup, 265nəfər IV qrup üzrə ali təhsil müəssisələrinə qəbul olunub. 2019-cu ildə isə III qrup üzrə 27 nəfər, IV qrup üzrə isə 95 nəfər subbakalavr qəbul olunmuşdu”.