“Bu il dövlət sifarişli yerlərin sayı 5 faiz artıb”.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib.
O, qeyd edib ki, I qrup üzrə 820 yer, IV qrup üzrə isə 75 yer artıb: “Hansı ali məktəbdə yerlər artıbsa, demək, həmin universitetdə ötən illə müqayisədə müsabiqə vəziyyəti aşağı düşəcək".