DİM tərəfindən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi prosesinə avqustun 20-dən start verilib. Proses 30 avqustadək davam edəcək.
İxtisas seçimini ləğv etmək və prosesdə yenidən iştirak etmək olurmu?
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, ərizəni özünüz ləğv edib yenidən seçim edə bilərsiniz. Şəxsi kabinetinizdə ixtisas seçimi etdiyiniz yerdə "ləğv et"-ə click edərək ləğv etmək mümkündür. Daha sonra yenidən iştirak edə biləcəksiniz.