“Əyani tədrsiə cəlb olunan 18 yaşdan yuxarı tələbələr COVİD pasportu olmadan təhsil müəssisəsinə daxil olarsa onların hansısa formada inzbati məsuliyyətə cəlb olunması nəzərdə tutulmur”
AzEdu.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Operativ Qərərgahın brifinqində deyib.
O qeyd edib ki, bununla bağlı məsuliyyəti həmin təhsil müəssisəsinin rəhbərliyi və yoxlanışı həyata keçirən şəxslər daşıyacaq. Bununla bağlı qanunvericliyə uyğun olaraq tədbir görüləcək.