Ölkənin nüfuzlu ali təhsil müəssisələrindən olan Bakı Ali Neft Məktəbinin rektorunun qızı Azərbaycan Tibb Universitetinə qəbul olub.
Bu barədə rektor Elmar Qasımov öz feysbuk hesabında paylaşım edərək sevincini bölüşüb.
AzEdu.az rektorun paylaşımını təqdim edir:
“Mən də övladımın Ali Məktəbə qəbul olma sevincini yaşadım. Qızım Nigar Qasımova Avropa liseyini gümüş medalla bitirərək, qəbul imtahanlarından 623 bal toplamaqla Tibb Universitetinə qəbul oldu.
Avropa liseyinin direktoru Zülfiyyə xanım Veysova ( Şəkildə soldan birinci) başda olmaqla, Nigarın bütün müəllimlərinə dərin minnətdarlığımı bildirirəm.
Əziz müəllimlər, haqqınızı halal edin”.